"Qarabağ"ın yetirməsi "Xankəndi"də

Region Liqasına hazırlaşan yeni yaradılmış "Xankəndi" klubu heyətini gücləndirib.

Newsport.az xəbər verir ki, Qarabağ təmsilçisi yarımmüdafiəçi Hüseyn Mənəfli ilə anlaşıb.

24 yaşlı futbolçu "Qarabağ"ın yetirməsidir və Ağdam klubunun akademiya komandalarında oynayıb.

Mənəfli "Zirə" və "Hypers Guba"da da forma geyinib. Qeyd edək ki, AFFA Region Liqasında yeni mövsümün püşkü martın 4-də atılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right