"Qəbələ”nin braziliyalı futbolçusu Luis Hilario Dodonun zədəli olmasından xəbərdarsınız.Azərbaycan Premyer Liqasının XII turunda "İnter”lə ev matçında zədəalan futbolçunun təxminən 2 həftədən sonra sıraya dönəcəyi açıqlanmışdı. Rəhbərlikdən icazə alan "sambaçı” hazırda ölkəsindədir.
Newsport.az-ın əldə etdiyi məlumata görə, kapitan noyabrın 28-dədşərgəyə qayıdaraq komanda ilə çalışmalara start verəcək.
Qeyd edək ki, Dodo itkisi Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində PAOK-la matç üçünn ən ciddi itkilərdən biridir.