Laporta Bakıya investor tapmağa gəlir

“Barselona” maliyyə vəziyyətinin yaxşılaşdırılmasına kömək edə biləcək investorların axtarışını davam etdirir.

Newsport.az “mundodeportivo.com”a istinadən xəbər verir ki, bununla əlaqədar kataloniyalıların prezidenti Joan Laporta klub direktorları Joan Soler və Xavyer Puiqlə birlikdə Azərbaycana səfər etmək qərarına gəlib.

Səfərdə məqsəd Kataloniya klubu üçün ölkədə akademiya yaratmaq olacaq. Eyni zamanda nümayəndə heyəti həm də yeni iqtisadi müqavilələr üzrə danışıqlar aparmaq niyyətindədir.

Xatırladaq ki, həmyerlimiz Adnan Əhmədzadə ilə dost olan Laporta COP29 vaxtı da Bakıya gəlmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right