AZAL-da iki yeni legioner

Azərbaycan Premyer Liqasında işləri yolunda getməyən AZAL heyətini yeni futbolçularla gücləndirməyi planlaşdırır.

Newsport.az saytının məlumatına görə, bu barədə AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XIII turunda "İnter”lə matçdan sonra keçirilən mətbuat konfransında məlumat verib. Əhmədov legionerlərin birinbin braziliyalı digərnin isə mərkəzi asiyalı olduğunu bildirib. Hər iki futbolçu baxışdan üzüağ  çıxarsa onlarla rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, AZAL-da Stanislav Namaşko, Nuqzar Kvitriya və Aleksandr Quruli kimi legionerlər var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right