Futbol üzrə Azərbaycan 2-ci Liqasında 14-cü turun görüşləri keçirilir.
Newsport.az xəbər verir ki, bu gün "Qusar" öz meydanında "Füzuli"ni qəbul edib. Qarşılaşma şimal bölgəsi təmsilçisinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 14-ə yüksəldən "Qusar" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 4 xalı olan "Füzuli" isə sonuncu yerdədir.