"Sabah" darmadağınla yarımfinalda

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. 

Newsport.az xəbər verir ki, İlk oyun günündə iki görüş keçiriləcək ki, bununla da yarımfinalın iki iştirakçısı bəlli olacaq.

"Sabah" "Sumqayıt"ın qonağıdır Oyun qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında keçirilən ilk oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Beləliklə, "Sabah" komandası tarixində ilk dəfə Azərbaycan kubokunun yarımfinalına yüksəlib. "Sumqayıt" isə artıq 10 oyundur ki, rəqib qapısına qol vura bilmir. 

Azərbaycan Kuboku, 1/4 final mərhələsi, cavab oyunları

27 fevral

19:30. “Sumqayıt” – “Sabah” - 0:4

Qollar: Anatoli Nuriyev, 55, Xəyal Əliyev, 71, Coy Lens Mikels, 82, Amin Seydiyev, 90+3

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov

VAR: Nicat İsmayıllı

AVAR: Rəhman İmami

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

İlk oyun: 0:0.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right