Azərbaycan 1-ci Liqasında 16-cı tura start verilib.
Newsport.az xəbər verir ki, bu gün "Baku Sportinq" öz meydanında "Cəbrayıl"ı qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 21-ə yüksəldən "Baku Sportinq" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 16 xalı olan "Cəbrayıl" isə 7-ci yerdədir.