PFL-dən mümkün təxirəsalınma ilə bağlı açıqlama

Peşəkar Futbol Liqası bu gün Azərbaycan kubokunda, 1-ci liqada, 2-ci liqada və əvəzedicilər liqasında keçirilməli olan matçlarla bağlı açıqlama yayıb.

Newsport.az xəbər verir ki, qurum hava şəraiti ilə əlaqədar görüşlərin təxirəsalınma ehtimalı haqda bunları bildirib: 

"Bildiyiniz kimi, bu gün Azərbaycan Kubokunda,1-ci Liqa, 2-ci Liqa və Əvəzedicilər liqasında oyunların keçirilməsi nəzərdə tutulub. Ölkə ərazisində bir neçə gündür davam edən qeyri-sabit hava şəraiti müəyyən problemlərin yaşanmasına yol açıb. Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən bütün yarışlarda ümumi vəziyyət nəzarət altındadır. Oyunların keçiriləcəyi stadionlar qardan təmizlənir, klublar qırmızı toplarla təmin olunur. Oyunlarla bağlı hər hansı bir təxirəsalma olarsa, bu barədə Peşəkar Futbol Liqası tərəfindən rəsmi açıqlama veriləcək".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right