"Qarabağ"ın sabiq hücumçusu Juninyo hələ də yaşıl meydanlardan kənardadır.
Newsport.az xəbər verir ki, 28 yaşlı hücumçu yeni komandası "Flamenqo"nun heyətində fevralın 12-si Karioka liqasında "Botafoqo" ilə matçda budundan zədə alıb. Bu səbəbdən o, komandasının sonrakı 2 matçını buraxmaq məcburiyyətində qalıb.
Bir müddətdir futbolçu zədəsini sağaltmaqla məşğuldur. Braziliya mətbuatının yazdığına görə, Juninyo bu həftənin şənbə günü "Vasko" komandasına qarşı keçiriləcək kubokun yarımfinal mərhələsinin ilk oyununu da buraxmalı olacaq.
Son xəbərlərə görə, müalicəsini davam etdirən Juninyo hələlik fərdi qaydada yüngül məşqlərlə kifayətlənir.
Bu qış "Flamenqo"ya keçən Juninyo həmin komandanın heyətində 6 oyunda meydana çıxıb, 1 qol vurub.