"Renat bizim komandada olanlardan fərqli xüsusiyyətlərə malik hücumçudur"

Polşanın "Radomyak" klubunun baş məşqçisi Joao Enrike Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun transferi haqda danışıb.

Newsport.az xəbər verir ki, o keçirdiyi mətbuat konfransında 25 yaşlı forvardı tərifləyib:

"Fürsət yarandı və biz bundan yararlandıq. O, bizim komandada olanlardan fərqli xüsusiyyətlərə malik hücumçudur. Renat Tapsoba və ya Perottidən fərqlidir. O, güclü və döyüşkəndir. Bu futbolçu daha çox rəqibin cərimə meydançasında olur".

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin "Ankaragücü" klubundan ayrılan Renat "Radomyak"la mövsümün sonuna qədər müqavilə imzlaayıb. Müqaviləyə uzadılma variantı da daxildir.

Xatırladaq ki, “Radomyak”da daha bir azərbaycanlı futbolçu - Rahil Məmmədov da çıxış edir.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right