Xorvatiyalı məşqçi "Sabah"dakı dönəmi xatırladı: "Çox yaxşı macəra idi"

"Sabah"ın sabiq baş məşqçisi Krunoslav Renduliç Xorvatiya mətbuatına danışıb.

Newsport.az xəbər verir ki, “Narod.hr” portalına danışan Renduliç Azərbaycan klubunda keçirdiyi dönəmi xatırlayıb: 

"Çox yaxşı macəra idi. Son üç aydır ki, evdəyəm. Görək də, bundan sonra necə olacaq. Mən həmişə yeni çağırışlara açığam".

Renduliç “Sabah”da bir ildən az işləyib.

51 yaşlı mütəxəssis “İstra”, “Şibenik”, “Qoritsa”, “Jrinski Mostar”da işlədikdən sonra 2024-cü ildə “Sabah”a baş məşqçi təyin edilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right