AFFA İntizam Komitəsinin iclası keçirilib.
Newsport.az-ın məlumatına görə, iclasda 1-ci Liqanın 15-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
1-ci Liqada 15-ci turun “Cəbrayıl” – “Karvan” oyununda “Karvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Karvan” 70 manat cərimə edilib;
“Cəbrayıl” – “Karvan” oyununda “Karvan” komandasının nümayəndəsi “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə “Karvan” komandası 50 manat cərimə edilib;
15-ci turun “İmişli” – “Zaqatala” oyununda “Zaqatala” komandasında 6 nəfər sarı vərəqə aldığına görə “Zaqatala” 70 manat cərimə edilib;
“İmişli” – “Zaqatala” oyununun 42-ci dəqiqəsində “Zaqatala” klubunun futbolçusu Həsən Həsənli rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Zaqatala” klubu 100 manat cərimə edilib;
15-ci turun “Baku Sporting” – “Mingəçevir” oyununda “Baku Sporting” komandasında 5 nəfər sarı vərəqə aldığına görə “Baku Sporting” komandası 70 manat cərimə edilib;
“Baku Sporting” – “Mingəçevir” oyununun 60-cı dəqiqəsində “Baku Sporting” komandasının qapıçı məşqçisi Toğrul Əhmədov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Baku Sportinq” komandası 100 manat cərimə edilib;
15-ci turun “Difai” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qaradağ Lökbatan” 70 manat cərimə edilib.