Fəhmin Muradbəyli: "Neftçi"nin futbolçusu kimi "Xəzər Lənkəran"a qol vurmaq istəyirdim"

"Neftçi"nin yarımmüdafiəçisi Fəhmin Muradbəyli Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri səfər oyunundan (2:0) sonra Newsport.az saytının suallarını cavablandırıb.

- Oyun barədə nə deyə bilərsiniz?
- Çox şadam ki, qələbə qazanmağa nail olduq. Səkkiz ildən sonra Lənkəranda belə bir uğur qazandıq. Şadam ki, komandamın qələbə qazanmasına qolla töhfə verdim. Bu oyunda komanda olaraq çox yaxşı çıxış etdik. Ümid edirəm ki, bu tempdə davam edəcəyik.

- Bu oyunda vurduğunuz topu karyeranızın ən vacib qolu saymaq olar?
- Bəli, bu, hələlik elə də böyük olmayan karyeramda ən vacib qoldur. "Xəzər Lənkəran"a qol vurmağı çox istəyirdim. Birinci matçda penalti qazansam da, vurmaq mənə nəsib olmamışdı.

- Bu komandaya qol vurmağı niyə çox istəyirdiniz ki?
- Çünki bu komandalar arasındakı oyunlar prinsipial xarakter daşıyır. Mən də "Neftçi"nin futbolçusu kimi "Xəzər Lənkəran"a qol vurmaq istəyirdim. Mənim borcum öz klubuma kömək etməkdir.

- Deyəsən, baş məşqçi dəyişikliyi sizə yaxşı təsir etmişdi...
- Bu məşqçilərlə çalışmaq mənim üçün şərəfdir. Amma heç birini digəri ilə müqayisə etmək istəməzdim. Sadəcə, bu dəfə bizdə daha yaxşı alındı.

- Oyundan sonra "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev paltardəyişmə otağınıza gəldi. O, sizə nə dedi?
- Bizi qələbə münasibətilə təbrik etdi. Xoşumuza gələn yaxşı sözlər dilə gətirdi.

- Yəqin ki, "Böyük oyun"dakı qələbəyə görə sizə yaxşı mükafat veriləcək...
- Hələ ki, bu barədə bizə heç nə deyilməyib. Yəqin ki, Bakıya qayıtdıqdan sonra nəsə olar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right