Millimizin daha bir üzvü Polşa klubunda

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun yeni klubu müəyyənləşmək üzrədir.

Newsport.az xəbər verir ki, 25 yaşlı forvard karyerasını Polşada davam etdirməyə yaxındır.

Türkiyənin “Ankaragücü” klubundan ayrılan Dadaşov Polşanın yüksək liqa təmsilçisi “Radomiak”la anlaşıb. Polşa mətbuatı Ekstraklasanın 22-ci turunda “Legiya”nı 3:1 hesabı ilə məğlub etdikləri ev matçını Renatın tribunadan izlədiyini yazıb.

Radom təmsilçisi “transfer pəncərəsi”nin bağlanmasına az qalmış bu keçidi açıqlamağa hazırlaşır. Ancaq müqavilənin detalları barədə hələlik məlumat verilməyib. Sadəcə, futbolçu azad agent statusu daşıdığından, “Radomiak”a havayı başa gələcək.

Qeyd edək ki, Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədov da “Radomiak”ın formasını geyinir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right