"Zirə” "Kəpəz"ə qalib gəlib 2-ci pilləyə yüksəldi Yenilənib

Bu gün Misli Premyer Liqasında 24-cü tura yekun vurulub.

Newsport.az xəbər verir ki, 4-cü oyun günündə ötən gün qarlı hava şəraiti səbəbindən təxirə salınan "Zirə" - "Kəpəz" matçı keçirilib.

Əvvəlcə oyunun saat 16:00-da başlaması nəzərdə tutulsa da, Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün qardan tam təmizlənməsi məqsədilə qarşılaşmanın saat 18:00-da start götürməsi qərara alınıb. Amma hazırlıq prosesi tam yekunlaşmadığına görə matçın start fiti saat 19:00-da verilib. Görüş "Zirə"nin qələbəsi ilə başa çatıb - 2:0. Rəşad Sadıqovun komandası bu qələbə ilə xallarını 45-ə çatdırıb və 2-ci pilləyə yüksəlib. "Araz-Naxçıvan" eyni xalla 3-cüdür.

 

24 fevral (bazar ertəsi)

18:00. “Zirə”– “Kəpəz” - 2:0 

Qol: Rafael Utsiq, 62, Rüstəm Əhmədzadə, 90+3

Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Elçin Məsiyev

VAR: Cavid Cəlilov

AVAR: Kamran Bayramov

Zirə İdman Kompleksinin stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right