Kurban Berdiyev: "Mübarizə aparmaq asan deyildi"

"Çətin oyun oldu. Şərtlər hər iki komanda üçün bərabər idi. Mübarizə aparmaq asan deyildi. Hər iki tərəfin fürsətləri oldu. Allaha şükürlər olsun ki, qələbə qazandıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 24-cü turunun “Şamaxı” ilə oyunundan sonra keçirilmiş mətbuat konfansında deyib.

O, jurnalistlərin sualarını cavablandırıb.

- Hakimliklə bağlı hər hansı narazılığınız yoxdur?

Xeyr. Hakimlər oyunu yaxşı idarə etdilər.

- Komandanız günü-gündən inkişafdadır. Avrokubok şansı haqda nə deyə bilərsiz?

Oyundan-oyuna hazırlaşırıq. Bütün fikrimizi önümüzdəki matça yönəldirik. Sonda necə olacağını Allah bilir. Necə məsləhətdirsə, elə də olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right