Serbiya klubu "Qarabağ"ın qapıçısını baxışa çağırdı Klub təsdiqləd

"Qarabağ"ın qapıçısı Sadiq Məmmədzadə karyerasını Serbiyada davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, o, sosial şəbəkə hesabında "Belqrad" klubunda baxışda olduğunu açıqlayıb.

"Qarabağ"ın icazəsi ilə baxışa yollanan Sadiqi bəyənən serblər ona yayadək U-19-da çıxış etməyi, ardından əsas komandada rəqabət aparmağı təklif ediblər. 

Məsələ ilə bağlı "Qarabağ"ın sözçüsü Anar Hacıyevin açıqlaması belə oldu:

"Sadiq klubun icazəsi ilə baxışda olub. Sözügedən klub onu bəyənib. Transferdən danışsaq, bu, yayda baş verə bilər. Hazırda transfer pəncərəsi bağlıdır".(fanat.az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right