Bu gün Misli Premyer Liqasında 24-cü tura yekun vurulacaq.
Newsport.az-ın məlumatına görə, 3-cü oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə "Turan Tovuz" "Şamaxı"nın qonağı olacaq.
Günün digər oyununda 3-cü yerdəki "Zirə" 9-cu pillədəki "Kəpəz"i qəbul edəcək. Görüş saat 17:00-da başlayacaq.
Bu komandalar arasında 1-ci dövrənin oyunu "Zirə"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 2-ci dövrənin matçında isə paytaxt təmsilçisi 4:0 hesab ilə qalib gəlib.
23 fevral (bazar)
17:00. “Zirə”– “Kəpəz”
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Elçin Məsiyev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Zirə İdman Kompleksinin stadionu
14:30.“Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Kamran Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Pərvin Talıbov
Şamaxı şəhər stadionu