Rasim Ramalddanov: “Bundan artığını etmək mümkün deyil” MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının XIII turunda "Xəzər Lənkəran” doğma meydanında "Neftçi”yə 2-0 hesabı ilə məğlub olub. Oyundan sonra "Xəzər Lənkəran”ın futbolçusu Rasim Ramaldanov Newsport.az-ın suallarını cavablandırıb.

 
-Uzun müddətdən sonra doğma meydanda "Neftçi”yə məğlub oldunuz. Matçla bağlı fikirləriniz necədir?
-Çətin oyun olacağını bilirdik. Yaxşı hazırlaşmışdıq.  Hamımız qələbə haqqında fikirləşirdik. Həqiqətən çətin oldu.
 
-Rəqib ilk qolu müdafiənin mərkəzindən vurdu. Onları dayandırmaq niyə mümkün olmadı?
-Biz arxayınlaşmamışdıq. Sadəcə, futbolçunu saxlaya bilmədik və bizdən sıyrılıb qol vurdu. Futbolda hər zaman belə şeylər olur.
 
-Qələbə üçün sizdə nə çatışmadı?
-Nə bilim?! Qələbə üçün çox istəkli idik. Amma sonluğu gətirə bilmədik. Rəqibin cərimə meydançasında dəqiq oynaya bilmıdik. 
 
-Birinci hissədə üstün futbol oynadınız. İkinci hissədə nə baş verdi ki, stünlüyü rəqibə verdiniz?
-Dəyişən bir şey olmadı. Biz bacardığımızı etdik. Həqiqətən mənim üçün çox ağır oyun oldu. Zədədən yeni qayıtmağıma baxmayaraq,90 dəqiqə komandaya kömək etməyə çalışıdım.
 
-Qışdan sonra komandada dəyişiklik olacaqmı?  Buna söz veriblərmi?
-Dəyişiklik olacaq. Belə heyətlə bundan artığını etmək mümkün deyil.  Buna baxmayaraq yaxşı gənclərimiz var. Onların təcrübə toplamalarına ehtiyac var.
 
-Komandadakı maliyyə problemlərinin çıxışınıza nə kimi təsiri var?
-Maddi vəziyyəttimiz düzələcək. Rəhbərlik buna söz verib. Bunun oyunumuza heçbir aidiyyatı yoxdur. 
 
-8 ildi doğma meydanda "Neftçi”yə məğlub olmurdunuz.  Bunun üçün təəssüflənirsinizmi?
-Futbolda hər şey olur. Biz əlimizdən gələnin hamısını etdik.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right