Misli Premyer Liqasında 24-cü turun oyunları davam edir.
Newsport.az xəbər verir ki, bu gün əvvəlcə “Araz-Naxçıvan” öz meydanında “Səbail”i qəbul edib. Matç qolsuz bərabərliklə bitib.
Günün ikinci matçında - turun mərkəzi qarşılaşmasında “Qarabağ” öz meydanında “Sabah”ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Beləliklə, Ağdam klubu 57 xalla çempionatın vahid lideridir. “Sabah” isə 33 xalla beşinci pillədə qərarlaşıb.
Misli Premyer Liqası, XXIV tur
22 fevral (şənbə)
19:00. “Qarabağ” - “Sabah” - 1:1
Qollar: Abdullah Zubir, 17 (1:0), Cesse Sekidika, 35 (1:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Tofiq Bəhramov adına Respublika Stadionu