"Neftçi" - "Sumqayıt"a qalib gəldi Yenilənib

Bu gün Misli Premyer Liqasında 24-cü tura start verilib.

Newsport.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. 

6-cı yerdəki "Neftçi" öz meydanında 7-ci pillədəki "Sumqayıt"ı qəbul edib. Oyun "ağ-qaralar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, "Neftçi" turnir cədvəlində 27 xalla 6-cı, "Sumqayıt" isə 22 xalla 7-ci yerdədir. 

Qeyd edək ki, turun digər oyunları 22 və 23 fevral tarixlərində keçiriləcək.

21 fevral (cümə)

19:00.“Neftçi” – “Sumqayıt” - 1:0

Qol: Filip Ozobiç, 90+3 - pen. 
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Əli Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Elşad Abdullayev
“Neftçi Arena”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right