Bölgə təmsilçisinin iki komandası Azərbaycan çempionatından kənarlaşdırılıb

AFFA İntizam Komitəsi U-10 və U-12 Liqasında çıxış edən Bərdənin "Pambıqçı" komandalarını yarışlardan kənarlaşdırıb.

Newsport.az-ın məlumatına görə, hər iki kollektiv son oyunlarda təyin olunan vaxtda meydanda olmadıqları üçün bu halla üzləşiblər.

Onlar müvafiq olaraq Tərtərin "Ramal" və Zərdab təmsilçisi "Məhsul"la nəzərdə tutulan görüşdə iştirak etməyiblər.

Hər ikisinə 0:3 hesablı texniki məğlubiyyət verilib və bu hal cari mövsümdə üçüncü dəfə yaşandığından "Pambıqçı"nın komandaları çempionatdan uzaqlaşdırılıblar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right