"Şamaxı" futbolçusunu Rusiya klubuna satdı

“Şamaxı” hücumçusu Belajdi Pusini satıb.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Şamaxı" 27 yaşlı hücumçunun transferi ilə bağlı Rusiya Premyer Liqasında çıxış edən “Fakel” (Voronej) klubu ilə razılıq əldə edib.

Pusi artıq Rusiya təmsilçisinin düşərgəsindədir və tibbi baxışdan keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacaq.

Mövsümün əvvəlində "Şamaxı"ya qoşulan albaniyalı oyunçu bu müddət ərzində 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right