Adil Şükürov: “İşlədiyimiz tapşırıqları tam yerinə yetirə bilmədik”

"Rəvan”ı qələbə münasibəti ilə təbrik edirəm. Biz isə iki həftə ərzində işlədiyimiz tapşırıqları tam yerinə yetirə bilmədik”.

Newsport.az-ın məlumatına görə, bu sözləri "Zirə”nin baş məşqçisi Adil Şükürov deyib.
 
Azərbaycan Premyer Liqasının XIII turunda səfərdə "Rəvan”a 0:1 hesabıyla "Zirə” turnir cədvəlində 2-ci pilləyə yüksəlmək şansını əldən verdi. Oyundan sonra "qartallar”ın çalışdırıcısı matçla bağlı bunları deyib: 
 
"Daha sürətli futbol oynamağa çalışdıq, lakin ümumi səhvlərimiz vardı. Rəqib qələbə qazanmağımıza imkan vermədi. Açığı, futbolçular meydançada istəkli idilər, qələbə qazansaydıq, turnir cədvəlində yerimiz dəyişəcəkdi. Lakin alınmadı". 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right