“Zirə” Filip Paxtmannla yollarını ayırıb.
Newsport.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2021-ci ilin yanvarından qəsəbə klubuna məxsus olan hücumçu uzunmüddətli zədələr üzündən “Zirə”yə faydalı ola bilmirdi.