Millimizin üzvü meydana çıxdı, 3 dəqiqə sonra qol vurdu

Azərbaycan millisinin futbolçusu Ozancan Kökçünün çıxış etdiyi Finlandiyanın HİK klubu ölkə kubokunda növbəti görüşünü keçirib. 

Newsport.az xəbər verir ki, paytaxt təmsilçiisi A qrupunun sonuncu turunda KTP ilə üz-üzə gəlib və rəqibini 4:0 hesabı ilə məğlub edib.

Matça 72-ci dəqiqədə çıxan Kökçü 75-ci dəqiqədə komandasının 4-cü qolunu vurub.

HİK 12 xalla qrupda birinci yeri tutaraq, növbəti mərhələyə vəsiqə qazanıb..





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right