Millimiz darmadağın oldu

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının 2-ci seçmə mərhələsində ilk oyununu keçirib.

Newsport.az saytının məlumatına görə, B Liqasının 4-cü qrupunda yer alan millimiz Şimali İrlandiya yığması ilə üz-üzə gəlib.

Albaniyada təşkil olunan qarşılaşma rəqibin böyükhesablı qələbəsi ilə başa çatıb.

Millimiz qrupdakı növbəti oyununu fevraqlın 21-də Albaniyaya qarşı keçirəcək.

18 fevral

Şimali İrlandiya (U-19 Qadınlar) - Azərbaycan (U-19 Qadınlar) - 4:0

Qollar: Qrasie Konvey, 10; 51, Abi Svitlav, 42, Niamh Butroyd, 58

Baş hakim: Roxana Recorean (Rumıniya)

Tirana, “House of Football Natural Pitch” stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right