Mahir yenidən məşqlərə qoşuldu

Azərbaycan millisinin hücumçusu Mahir Emreli hazırkı klubu “Nürnberq”də qala bilər.

Newsport.az xəbər verir ki, bunu Almaniya klubunun İdarə Heyətinin üzvü Joti Çatzialexiu açıqlayıb.

O bildirib ki, Cənubi Koreya təmsilçisi “Seul”dan təklif olmasa, 27 yaşlı forvard II Bundesliqa komandasındakı çıxışını davam etdirəcək. “Nürnberq” rəsmisi Emrelinin yenidən komanda ilə birgə məşqlərə qoşulduğunu vurğulayıb.

Qeyd edək ki, Mahir Emrelinin “Nürnberq”lə müqavilə müddəti mövsümün sonuna qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right