Əsgər Abdullayev: "Futbolçularımın hər birinə güvənirəm"

Azərbaycan Premyer Liqasının XIII turu "Xəzər Lənkəran” – "Neftçi” oyunu ilə əlamətdar oldu.
Newsport.az-ın məlumatına görə, görüş "Neftçi”nin 2-0 hesablı qələbəsi ilə yekunlaşdı. 

Qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında çıxış edən bakılıların baş məşqçisi Əsgər Abdullayev oyunla bağlı fikirlərini bildirib: "Oyunun çətin olacağını bilirdim. "Neftçi” və "Xəzər Lənkəran”ın iştirakı ilə keçirilən görüşlər həmişə gərgin alınır. Futbolçulara verilən tapşırıqları yerinə yetirdiklərinə görə təşəkkür edirəm. Komandamızda psixoloji durum yaxşı deyildi. Oyundan öncə futbolçularla görüşdüm, söhbət elədik, sistemi dəyişdim və bütün bunların nəticəsi müsbət oldu. "Neftçi”nin yerli oyunçuları böyük potensiala malikdirlər. Futbolçularımın hər birinə güvənirəm. Amma daha yaxşı yerlərə oynamaq üçün yeni bir neçə oyunçuya ehtiyac var. Əgər  futbolçu əsas heyətə düşə bilmirsə, əvəzedici heyətdə öz formasını qorumalıdır. Bu baxımdan Samir Əliyevin fikrinə hörmətlə yanaşıram”.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right