Cavid Hüseynov: "Futbol ictimaiyyətinin rəğbətini qazanmışıq"

"Səbail" Misli Premyer Liqasının 23-cü turunda doğma meydanda "Sabah"la 0:0 hesablı heç-heçə edib.

Newsport.az xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Cavid Hüseynov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

Oyunun mahiyyətini dərk edirdik. Çox istəyərdik ki, qələbə qazanaq. Vaxt azlığına görə bütün detalların üzərində işləyə bilməmişdik. Futbolçuların göstərdikləri oyun intizamına və xarakterə görə çox sevinirəm. Qələbə qazana bilərdik. Amma 1 xalla kifayətləndik. Yolumuza davam edirik. Bizi qarşıda daha da çətin oyunlar gözləyir. Çalışacağıq ki, qələbələr əldə edək.

- Bundan sonra "Səbail"in daha yaxşı oyunlarını görə biləcəyik?

- İnşallah. Sevindirici hal odur ki, futbol ictimaiyyətinin rəğbətini qazanmışıq. Bu da onu göstərir ki, zamana ehtiyacımız var idi. Yavaş-yavaş səhvləri aradan qaldırırıq. Oyundan-oyuna inkişaf etməyə çalışırıq. Hər məşqçinin öz taktiki oyun planı var. Futbolçular mənim verdiyim tapşırıqları yerinə yetirmək üçün əllərindən gələni edirlər. Onlardan razıyam.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right