“Neftçi” Qazaxıstan millisinin futbolçusu üçün təklif göndərib

“Neftçi” heyətini yeni legionerlə gücləndirə bilər.

Newsport.az-ın məlumatına görə, “neftçilər”in maraq dairəsinə “Tobol” və Qazaxıstan millisinin sağ cinah yarımmüdafiəçisi İslam Çesnokov daxildir. 

Qazaxıstan mətbuatının yazdığına görə, “ağ-qaralar” “Tobol”a sərfəli təklif edib və klub da bununla razılaşıb. Amma hələlik futbolçu qərarını verməyib.

25 yaşlı futbolçu üçün Şotlandiyanın “Harts” klubu da təklif göndərib. Lakin “Tobol” Şotlandiya klubunun şərtlərindən razı qalmayıb.

Hazırkı klubu ilə müqaviləsi bu ilin oktyabrında başa çatacaq Çesnokov Qazaxıstan millisinin heyətində 11 oyuna çıxıb və 2 dəfə fərqlənib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right