Misli Premyer Liqasında 23-cü tur davam edir.
Newsport.az xəbər verir ki, bu gün turun mərkəzi oyununda “Neftçi” öz meydanında "Qarabağ”ı qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, Ağdam klubu 56 xalla çempionatın vahid lideridir. Bakılılar isə 24 xalla altıncı pillədə qərarlaşıb.
Günün digər oyununda "Turan Tovuz" "Araz-Naxçıvan"ı qəbul edib. Matç tovuzluların 1:0 hesablı qələbəsi ilə bitib.
Misli Premyer Liqası
3-cü dövrə, 23-cü tur
16 fevral
19:00. “Neftçi” - “Qarabağ” - 0:1
Qol: Marko Yankoviç, 89 - pen.
Qırmızı vərəqə: Kevin Medina, 22 ("Qarabağ")
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Fərid Hacıyev
VAR: Nicat İsmayıllı
AVAR: Elşad Abdullayev
“Neftçi Arena”