Misli Premyer Liqasında 23-cü tur davam edir.
Newsport.az xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək.
Əvvəlcə “Turan Tovuz” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, Tovuz təmsilçisi 39 xalla 4-cü, Naxçıvan klubu isə 44 xalla 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, günün ikinci oyununda “Neftçi” öz meydanında “Qarabağ”ı qəbul edəcək.
Misli Premyer Liqası
3-cü dövrə, 23-cü tur
16 fevral
16:00. “Turan Tovuz” - “Araz-Naxçıvan” - 1:0
Qol: Hayderson Hu, 86
Qırmızı vərəqə: İqor Ribeyro, 48 ("Araz-Naxçıvan")
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Rahil Ramazanov
Tovuz şəhər stadionu