Futbol üzrə Azərbaycan 1-ci Liqasında 14-cü turun görüşləri keçirilib.
Newsport.az xəbər verir ki, bu gün "Baku Sportinq" öz meydanında "Qaradağ Lökbatan"ı qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 18-ə yüksəldən "Baku Sportinq" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 12 xalı olan "Qaradağ Lökbatan" isə 8-ci yerdədir.