"Zirə"dən böyükhesablı qələbə Yenilənib

Bu gün Misli Premyer Liqasında 23-cü tura start verilib. 

Newsport.az-ın məlumatına görə, ilk gündə bir matç keçirilib. Turun açılış oyununda “Sumqayıt” öz meydanında “Zirə”ni qəbul edib. Matç qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, “Zirə” 42 xalla üçüncü, “Sumqayıt” isə 22 xalla yeddinci pillədə qərarlaşıb. 

Kubok da nəzərə alınsa, bu görüşdən sonra “Gənclik şəhəri”nin təmsilçisi artıq 8 matçdır qol vura bilmir. Vaqif Cavadovun komandası sonuncu dəfə ötən il dekabrın 8-də “Neftçi” ilə matçda fərqlənib və qələbə qazanıb. 

Qeyd edək ki, turun digər oyunları fevralın 16-sı və 17-də keçiriləcək. 

Misli Premyer Liqası

3-cü dövrə, 23-cü tur

15 fevral

19:00. “Sumqayıt” - “Zirə” - 0:3 

Qollar: Rafael Utziq, 14, Salifu Souma, 36, 65
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev
VAR: Tural Qurbanov
AVAR: Namiq Hüseynov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right