"Qarabağ"ın qapısı Muaremə açıqdır" – Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Eskişehirspor"dan ayrılan komandanın sabiq futbolçusu Muarem Muaremin transfer edib-etməyəcəkləri barədə fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, o,  makedoniyalı oyunçunun xətrini çox istədiyi futbolçulardan biri olduğunu vurğulayıb.  Ancaq buna baxmayaraq, Q.Qurbanov hazırda M.Muaremin transferi haqda düşünmədiklərini bildirib:

"O, həm nizam-intizamına , həm də futbolçu keyfiyyətlərinə görə hər zaman fərqlənib. Muarem Muaremdən həmişə  razı qalmışam. Onun kimi futbolçuya hər zaman ehtiyacımız var. O, buradakı futbolçuların heç birindən zəif  deyil. Amma hazırda bu haqda düşünmürük. Çünki bütün diqqətimiz dekabrın sonuna kimi olan oyunlarımızdadır. Bütün qərarlarımızı həmin vaxtdan sonra verəcəyik və baxacağıq nə olacaq. Muarem Muaremə "Qarabağ"ın qapıları hər zaman açıqdır".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right