Azərbaycan millisinin sabiq üzvü Qırğızıstan klubunda

Azərbaycanın millilərində və bir sıra klubunda çıxış etmiş Andrey Popoviçin yeni komandası bəlli olub.

Newsport.az xəbər verir ki, 33 yaşlı qapıçı karyerasını Qırğızıstanda davam etdirəcək.

Bu barədə ua-football.com saytı məlumat yayıb. Ukraynalı qolkper "Qırğızaltın" klubu ilə 1 illik müqavilə imzalayıb. Komanda Qırğızıstan çempionatında 27 turdan sonra 20 xalla sonuncu - 10-cu yerdədir.

Qeyd edək ki ,Andrey Popoviç Azərbaycanın U-17, U-19, U-21 və əsas millisinin üzvü olub. O, ölkəmizdə "Abşeron", "Bakı", "Turan", "Qəbələ" və "Sumqayıt" klubunda çıxış edib. O, son olaraq Ukraynanın "Xust" klubunda oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right