Azərbaycan millisindən ikinci yoxlama oyununda heç-heçə

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama oyununu keçirib.

Newsport.az xəbər verir ki, U-17 BƏƏ-nin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyun 2:2 hesablı heç-heçə yekunlaşıb. Millimizin heyətində hər iki qolu 37 və 75-ci dəqiqələrdə Xanım Əsədova vurub.

Komandalar arasında fevralın 7-də keçirilən ilk matçda Birləşmiş Ərəb Əmirlikləri seçməsi 2:1 hesablı qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right