“Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos ölkəsi Braziliya mətbatına maraqlı açıqlama verib.
Newsport.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi iki ölkə futbolunu müqayisə edib.
Hücumçu Azərbaycana uyğunlaşmaqda çətinlik çəkmədiyini bildirib: “Azərbaycanda adaptasiyam rahat keçdi. İki il qaldığım ölkədə üçüncü mövsümümdür. İsrailə getsəm də, bu mövsüm yenidən qayıtdım. Azərbaycan futbolu ildən-ilə inkişaf edir, klublar avrokuboklarda çıxış edirlər. Bu da ölkəyə xeyli nüfuz qazandırır. Braziliya ilə gördüyüm fərq oyunda daha çox istifadə olunan fiziki formadır. Braziliyada daha çox istedadlar ön plana çıxır. Bununla belə, bir braziliyalı olaraq cəlbedici futbolu buraya gətirməyə çalışıram”.
Santos Azərbaycanda fərqli iqlimlə üzləşdiyini də vurğulayıb: “Bütövlükdə ölkədən kənarda fəaliyyət göstərməyin bir çox çətinlikləri var. Temperatur fərqlidir. Burada çox soyuq, küləklidir, həmçinin liqa digər Avropa liqaları kimi, hətta Braziliyadakı kimi çox da populyar deyil. Bunlara əlavə olaraq, Azərbaycan özü yaşamaq üçün çox yaxşıdır və çempionat Avropa futbolunda getdikcə böyüyür”.
Qeyd edək ki, Felipe Santos daha əvvəl ölkəmizdə “Keşlə” (indiki “Şamaxı”) və “Qəbələ”nin formasını geyinib.