Bu gün daha bir iddialı komandanı büdrətməyi bacaran "Sumqayıt"ın baş məşqçisi Samir Abasov oyun sonrası mətbuat konfransında bu fikirləri səsləndirib:
"Maraqlı oyun keçdi. "Qəbələ" doğrudan da güclü rəqibdi. Əlimizə düşən imkanlardan yaralana bilmirik. Nəticədə ya heç-heçə olur, ya da uduzuruq. Elə oyunçular var ki, oyunda heç nə ilə yadda qalmır, amma cərimə meydançasının ağasıdı. Mənim məşqçi kimi əlimdən gələn dekabra qədər bu heyəti saxlamaqdı. Nəticədən çox, yaxşı oyuna üstünlük verirəm. Premyer Liqada qazandığım 8 xalı isə düşünmürəm".