Kişi həndbolçular arasında Azərbaycan çempionatının final mərhələsində 13-cü turun oyunları keçirilib.
Newsport.az xəbər verir ki, turun mərkəzi matçında “Bakı” və “Azəryol” üz-üzə gəlib.
Qarşılaşma birincilərin qələbəsi ilə bitib – 28:26.
Qadınların yarışında isə 11-ci turda “Qarabağ” – “Kür” görüşü baş tutub. “Qarabağ” Mingəçevir təmsilçisini minimal hesabla üstələyib – 23:22.