Azərbaycan millisinin hücumçusu ilə yollar ayrılır

Türkiyənin 1-ci liqa təmsilçisi “Ankaragücü” hücumçusu Renat Dadaşovla yolları ayrmağa hazırlaşır.

Newsport.az xəbər verir ki, bu barədə “Haber Ankara” nəşri məlumat yayıb.

Ötən yay alınan Azərbaycan millisinin futbolçusunun yaxın günlərdə klubu tərk edəcəyi bildirilib. Qeyd olunub ki, 26 yaşlı futbolçu “Ankaragücü”nün ən bahalı oyunçularındandır. O, bu mövsüm 17 matçda meydana çıxıb, 2 qol vurub və 1 qolun ötürməsini edib. 

Dadaşov bu yaxınlarda əsas komandadan xaric edilib.

Qəzet yazır ki, R.Dadaşovla yanaşı daha 3 legioner futbolçu - Kevin Varga, Riad Bajiç və Rikardo Saponara da göndəriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right