Bu gün Misli Premyer Liqasında 22-ci tura start verilib.
Newsport.az xəbər verir ki, ilk oyun əvvəlcə "Şamaxı" "Sumqayıt"ı qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.
Premyer Liqada 5 oyundur qələbə üzünə həsrət qalan “Sumqayıt” uğursuz seriyanı bu matçda da davam etdirib. “Şamaxı” isə çempianatdakı ardıcıl üç oyunluq məğlubiyyət seriyasına bugünkü görüşdə qələbə ilə son qoyub.
Bu komandalar arasında 1-ci dövrənin oyununda "Şamaxı" 1:0 hesablı qələbə qazanmışdı. 2-ci dövrənin matçında isə "Sumqayıt" 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, bu günün digər qarşılaşması "Sabah" və "Turan Tovuz" arasında olacaq.
Misli Premyer Liqası, 3-cü dövrə, 22-ci tur
9 fevral
14:30. “Şamaxı” – “Sumqayıt” - 1:0
Qol: Brahim Konate, 60
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Teymur Teymurov.
Şamaxı şəhər stadionu