UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 26-da keçiriləcək "Qarabağ" - "Tottenhem" matçı təkcə ölkəmizdə canlı yayımlanmayacaq.
Newsport.az-ın məlumatına görə, Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı Rusiyanın iki telekanalı azarkeşlərinə təqdim edəcək.
Şimal qonşularımızın məşhur NTV+1 kanalı saat 22:00-da başlayacaq oyunu canlı yayımlayacaq. Bu ölkənin "Sport" telekanalı isə oyun bitdikdən 1 saat sonra matçı videoyazı şəklində tamaşaçılara təqdim edəcək. Ölkəmizdə bu matçı İdman Azərbaycan canlı yayımlayacaq.