Elvin Məmmədov: "Qarabağ"a qarşı layiqli mübarizə apardıq"

"Səbail" Azərbaycan Kuboku 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda "Qarabağ"a 0:1 hesabı ilə uduzub.

Newsport.az xəbər verir ki, "dənizçilər"in məşqçisi Elvin Məmmədov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Komandanı apardığı mübarizəyə görə təbrik edirəm. "Qarabağ" həm Azərbaycan çempionatında, həm Avropada öz sözünü demiş komandadır. Yaxşı oyun oldu. Bu matçı unutmalıyıq. 4 gündən sonra çempionatda "Qarabağ"la oyunumuz var. Həmin qarşılaşmaya hazırlaşacağıq.

- "Səbail" qış fasiləsindən sonra yaxşı oyun nümayiş etdirir. Daha da irəli getmək üçün nə çatmır?

- Fasilədən sonra komandada oyundan-oyuna inkişaf var. Bilirik ki, çatışmayan cəhətlər var. Çempionatda daha da yaxşı nəticələr əldə etmək istəyirik. Bu gün "Qarabağ"a qarşı layiqli mübarizə apardıq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right