Azərbaycan kubokunun 1/4 finalında hazırda "Zirə" ilə qarşılaşan "Araz-Naxçıvan" ciddi itki ilə üzləşib.
Newsport.az xəbər verir ki, meydan sahinlərinin aparıcı üzvlərindən olan Ramon Maçado zədələnib.
Matçın 10-cu dəqiqəsində rəqib futbolçusu ilə toqquşan braziliyalı hücumçu ayağa qalxa bilməyib. Həkimlərin müdaxiləsindən sonra 13-cü dəqiqədə onu meydandan xərəkdə çıxarıblar Maçadonu Ülvi İsgəndərov əvəzləyib.