Qriqorçuk da “Zirə”nin oyunçusunu istəyir

“Zirə”nin hücumçusu Salifu Sumanın Kiyev “Dinamo”suna transferi baş tutmaya bilər.

Newsport.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Ukrayna klubu qvineyalı ön xətt oyunçusu uğrunda mübarizədə tək deyil.

Məsələ burasındadır ki, 21 yaşlı futbolçu Rusiya təmsilçiləri – Moskva “Spartak”ı və “Rubin” də maraq dairəsindədir. Həmçinin Ukraynanın digər yüksək liqa komandası LNZ də Sumanı heyətinə qatmaq niyyətindədir. Bu komandanı “Neftçi”nin sabiq baş məşqçisi Roman Qriqorçuk çalışdırır.

Düzdür, hələ də transferdə əsas favorit “Dinamo”dur. Lakin kiyevlilər digər klublarla rəqabət aparmalı olacaq. Ukrayna nəhəngi bu keçidi təxminən 800 min – 1 milyon avro məbləğində həll etməyi planlaşdırır.

Qeyd edək ki, Salifu Suma bu mövsüm Misli Premyer Liqasında 19 oyuna çıxıb, 6 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right