Əyyub Allaş Azərbaycana qayıtdı

“Araz-Naxçıvan” qış transferi dövründə ilk transferini rəsmiləşdirib. Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mərakeş əsilli belçikalı yarımmüdafiəçi Əyyub Allaşla 6 ay +1 illik müqavilə imzalanıb.

27 yaşlı futbolçunun son klubu Moldova “Şerif”i olub. O, karyerası ərzində “Lyers”, “Svope Park Reyncers”, “Lyers Kempenzone”, həmçinin 2023-cü ilin qışından 2024-cü ilin yayına qədər “Qəbələ”nin formasını geyinib. O, "qırmızı-qaralar"da 46 oyuna 8 qol vurub. Hücumameyilli yarımmüdafiəçi Mərakeşin U-20 milli komandasında da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right