Juninyo "Flamenqo"da qol hesabını açdı

“Qarabağ”dan “Flamenqo”ya keçən Juninyo yeni komandasında ilk qoluna imza atıb. Newsport.az xəbər verir ki, “sambaçı” siftəni Quanabara Kubokunda edib.

Belə ki, braziliyalı forvard 8-ci turda "Portuquesa" ilə görüşdə adını tabloya yazdırıb. Meydana start heyətdə çıxan Juninyo 37-ci dəqiqədə fərqlənib. “Qarabağ”ın sabiq üzvü 73-cü dəqiqədə isə əvəzlənib.

Qeyd edək ki, matç "Flamenqo"nun 5:0 hesablı qələbəsi ilə nəticələnib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right