“Qarabağ” Julio Romao ilə yollarını ayırdığını açıqladı

“Qarabağ” Julio Romao ilə yollarını ayırıb.

Newsport.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

26 yaşlı braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2022-ci ildən “köhlən atlar”da çıxış edən Romao 120 oyunda 2 qol vurub. O, 2022/2023 və 2023/2024 mövsümlərində Azərbaycan çempionu, 2023/2024 mövsümündə ölkə kubokunun qalibi olub.

Xatırladaq ki, Romaonun ötən gün transfer olunmuş Kadi Borgesin əvəzində Macarıstanın “Ferentsvaroş” klubuna keçməsi gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right